Hadisə
Gəncədə mənzildə partlayış oldu - FOTO

Gəncə şəhəri ərazisində yaşayış binasında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
-
Kriminal21:36
Qardaşı tərəfindən bıçaqlanan Camal xəstəxanada ÖLDÜ
-
Elm və təhsil20:30
Azərbaycanlı müəllim ilə bağlı ittihamlar saxta imiş...
-
Ekologiya19:42
FHN-dən küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
-
Nəqliyyat19:05
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
-
Ekologiya18:24
Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan, dolu, qar...
-
Rəsmi xronika18:12
İlham Əliyevin Putinlə təkbətək görüşü keçirildi - VİDEO/YENİLƏNDİ
-
Sosial17:20
Əhalinin nəzərinə: Oktyabrın 10-da...
-
Nida Xəbər 16:11
Putindən qəza açıqlaması: Bütün cavabdeh şəxslər...