Hadisə
Su anbarına düşən yaşlı kişini belə xilas etdilər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar şosesi, 216 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş - 1960-cı il təvəllüdlü Məmmədov Məhəmməd Mərdan oğlu dərinliyi 3.5 metr olan və ehtiyat su anbarı kimi nəzərdə tutulan tikiliyə yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
-
Ekologiya13:15Sabaha olan hava proqnozu açıqlandı
-
Hadisə12:10İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı vəfat etdi
-
İdman11:08Yamalın sevgilisi soyundu - FOTOLAR
-
MDB10:46Putin dünyaya ölkəsinin nüvə gücünü belə xatırlatdı - VİDEO
-
Sağlamlıq09:54Məşhur həkim ən xeyirli çərəzlər haqqında elə şeylər açıqladı ki...
-
ABŞ08:24Tramp malayziyalılarla belə rəqs etdi - ANBAAN VİDEO
-
Region08:00Ankara metrosunda HƏYƏCANLI ANLAR
-
Magazin106:16Günay toyda tərzi ilə göz qamaşdırdı - FOTO



















.jpg)
















