"Türkiyə klubundakı ağır vəziyyət Rusiyanın reputasiyasına təsir edəcək"
Bizi izləyin

İdman

"Türkiyə klubundakı ağır vəziyyət Rusiyanın reputasiyasına təsir edəcək"

"Rusiyalı iş adamı Tufan Sadıqova məxsus Türkiyənin “Serik Belediyespor” klubunun ağır maliyyə vəziyyəti Rusiyanın reputasiyasına mənfi təsir göstərəcək".

Publika.az "Legalbet"ə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova yaranmış vəziəti şərh edərkən deyib.

"Aydındır ki, bütün bu əhvalat bizim reputasiyamıza mənfi təsir göstərəcək. Təbii ki, Sadıqov çətin vəziyyətə düşən ilk iş adamı deyil. Amma siz başa düşürsünüz ki, Rusiya bu işə qarışıbsa, deməli, tamamilə günahkardır", - Jurova bildirib.

Bu yay “Serik Belediyespor” rusiyalı mütəxəssis və futbolçularla güclənib. Baş məşqçi vəzifəsinə Sergey Yuran təyin edilib və heyətə yeddi əcnəbi futbolçu qoşulub: Dmitri Tixiy, İlya Berkovski, Kirill Qotsuk, İlya Sadıqov, Rəsul Hüseynov, Aleksandr Martınov və Artem Yuran. Ödənişlərin gecikməsi büdcəyə borcu 448 milyon rublu ötmüş "Ximkin"in müflisləşməsi ilə üst-üstə düşüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm