Hadisə
Bayraq Meydanında avtoşluq edən biznesmen həbs olundu
Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bayraq Meydanında “Ford Mustang” markalı avtomobilin sürücüsü ilə polis əməkdaşları arasında baş verən insidentlə bağlı məhkəmə çəkişməsi başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarına əsasən, sözügedən ərazidə avtoxuliqanlıq edən Orxan Quliyev 15 sutka inzibati qaydada həbs olunub.
Bundan başqa, 27 yaşlı şirkət rəhbəri olan Bakı sakininin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, hadisə bu ilin oktyabrın 6-da gecə saatlarında baş verib. Polis əməkdaşları xidmət apararkən 10 JJ 755 dövlət nömrə nişanlı “Ford Mustang” markalı avtomobilin sürücüsünün manevr və təkər səsləri çıxardığını eşidib və ona yaxınlaşıblar. Sürücü həmin an dostuna zəng edərək kömək istəyib. Avtomobilin ödənilməmiş cərimələrinin olması ilə bağlı protokol tərtib edilərək nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Sürücü protokolun əsassız olduğunu bildirərək Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə protokolun ləğvi ilə bağlı qərar çıxarıb.
Bundan sonra Səbail Rayon Polis İdarəsi apellyasiya şikayəti verib və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, sürücüyə İXM-in 511.1.3-cü maddəsi (avtoxuliqanlıq) ilə inzibati həbs tətbiq olunmasını tələb edib.
Apellyasiya şikayətində göstərilib ki, videogörüntülərə əsasən sürücü avtomobili qəfil sürətləndirib, təkərlərin yol səthi ilə sürtünmə səsi çıxıb, yolun səthində izlər qalıb, avtomobil dairəvi hərəkət edərək təhlükə yaradıb.
Sürücü isə hərəkətinin avtoxuliqanlıq olmadığını, sadəcə ödəniş məntəqəsini tapa bilmədiyi üçün dönmə etdiyini deyib.
Birinci instansiya məhkəməsi sürücünün davranışının davamlılıq təşkil etmədiyini və avtoxuliqanlıq tərkibi yaranmadığı qənaətinə gəlmişdi. Bakı Apellyasiya Məhkəməsi isə inzibati xətaya dair işə yenidən baxılması üçün materialı Səbail Rayon Məhkəməsinə göndərmişdi. Nəticədə məhkəmə Orxan Quliyevin inzibati həbsinə dair qərar çıxarıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin








.png)


























.jpg)
.jpg)