Hadisə
Bakıxanovda yaşayış kompleksində təlim keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən "Uğur-Yaşam" çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, təlim nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə baş tutub.
Belə ki, təlim "şərti yanğın" həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi və manevr imkanlarının mahdudlaşdırıldığı müəyyən olunub.
Bundan əlavə, kompleksin ərazisində qəza-işıqlandırma sisteminin olmadığı, binaların ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı "tapşırıqlar" verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə sözügedən təhlükəsizlik tədbirlərinə dair maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması və əməliyyatların effektiv keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı















.jpg)






















