Ekologiya
Şahdağa qar yağır
Mayın 17-i saat 10:55-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, şimşək çaxır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağır.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qarın hündürlüyü Şahdağda 5 sm olub.
Hazırda Bakıda və Abşeron yarımadasında intensiv yağış yağır. Düşən yağıntının miqdarı 40-55 mm qeydə alınıb ki, bu da aylıq normanın 203-279 %-ni təşkil edir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Lerikdə 48 (aylıq normanın 67%-i), Lənkəranda 45 (aylıq normanın 98%-i), Yardımlıda 39 (aylıq normanın 63 %-i), Sabirabadda 39 (aylıq normanın 117 %-i), Cəlilabadda 26 (aylıq normanın 64%-i), Kürdəmirdə 25 (aylıq normanın 66%-i), Biləsuvarda 24 (aylıq normanın 75%-i), Qəbələdə 23, Sarıbaşda (Qax) 22, Şahdağda 17, Astarada 16, Beyləqanda 15, Gədəbəy, Altıağac, Şahbuzda 14, Şamaxı, Oğuzda 13, Neftçala, İmişli, Qrızda 12, Quba, Göyçayda 11, Qusar, İsmayıllı, Daşkəsəndə 7, Naxçıvan, Culfada 6, Zərdab, Xaçmaz, Şirvan, Şabranda 5, Naftalanda 4, Kişçay (Şəki), Qobustan, Ağdam, Ordubadda 3, Balakən, Zaqatala, Gəncədə 2, Şərur, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Goranboyda 1 mm-dir.
Mayın 16-da saat 19:37-19:43 radələrində Qubadlı rayonunun Qəzyan və Mahrızlı kəndlərinə diametri 11 mm, Ağsu şəhərinə isə diametri 3 mm olan dolu düşüb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitnin mayın 17-si gün ərazində davam edəcəyi gözlənilir.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam















.webp)


















.jpg)
