Qarabağ
Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri üzrə təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edir.
Publika.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Komitə sədri qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında genişmiqyaslı bərpa və yenidənqurma prosesi dayanıb və bu istiqamətdə mühüm nəticələr əldə olunub.
“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr dünya üçün də maraqlı təcrübədir. Burada həm institusional təşkilatlanma, həm planlaşdırma yanaşmaları, həm tikinti prosesinin təşkili, həm də insanların doğma torpaqlarına qayıdışı ilə bağlı kompleks işlər həyata keçirilir”, – deyə Anar Quliyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan bu təcrübəni WUF13 platformasında bölüşməklə postmünaqişə dövründə şəhərsalma və bərpa məsələlərinə dair yanaşmalarını təqdim edir.
“Bu gün dünyada münaqişə və fövqəladə vəziyyətlərdən zərər çəkmiş ərazilərin sayı artır. Belə vəziyyətlərdən sonra ərazilərin bərpası bir çox ölkələrin gündəliyində duran əsas məsələlərdən birinə çevrilir. Azərbaycan isə bu sahədə topladığı təcrübəni paylaşmağa hazırdır”, – deyə komitə sədri əlavə edib.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





.jpg)

















