Hadisə
Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb.
Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölüm faktı qeydə alınıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.
Vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir.
Partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.
Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil.
Onun üç övladı erkən həyatdan köçüblər.
İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.
Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib.
2012-ci ildə isə Mirəlioğlunun qızı 28 yaşlı Mahirə Fəttayeva qəflətən dünyasını dəyişib.
2016-cı ildə Mirəlioğlunun 11-ci sinifdə oxuyan bacısı oğlu Ümid qəflətən ölüb.
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı

































.jpg)



