Hadisə
Ağdamda traktorçu minaya düşdü - Yeniləndi
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumata görə, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.
"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda vurğulanıb.
***
Ağdamda traktorçu minaya düşüb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.
Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpərkən minaya düşüb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı

































.jpg)



