Hadisə
İnsan qalıqları olan yüzlərlə çanta aşkarlandı
2026-cı il Dünya Kubokunun oyunlarının keçirilməsi planlaşdırılan Meksikadakı "Estadio Akron" stadionunun yaxınlığında insan qalıqları olan yüzlərlə çanta tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti yazıb.
Məlumata görə, araşdırma missiyası bu tapıntıları stadionun 16 kilometr radiusunda yerləşən ən azı 22 gizli kütləvi məzarlıqla əlaqələndirib.
İlk qalıqlar 2025-ci ilin fevral ayında yaşayış kompleksləri tikən fəhlələr tərəfində aşkarlanıb. O vaxtdan bəri itkin düşmüş şəxslərin ailələri və könüllü axtarış təşkilatları çoxsaylı gizli məzarlardan ən azı 500 torbanın tapılmasını sənədləşdiriblər.
İddia edilir ki, ştatda itkin düşmə halları sistematikdir və qurbanlar parçalara ayrılaraq öldürülür.
İspaniyanın "El Pais" qəzetinin məlumatına görə, Xalisko ştatı Meksikada itkin düşmüş şəxslərin sayına görə dördüncü yerdədir. Təkcə 2025-ci ilin yanvar-noyabr ayları arasında 2483 belə hal qeydə alınıb.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi






.jpg)
































