İdman
Xabi Alonso “Çelsi”yə baş məşqçi gətirilir
İspaniyalı mütəxəssis Xabi Alonso “Çelsi”nin baş məşqçisi postuna təyin olunmağa bir addım daha yaxınlaşıb.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, o, London klubunun nümayəndələri ilə görüş keçirib və yaxın vaxtlarda “zadəganlar” yekun qərarını verəcək. Qeyd olunur ki, “Çelsi” baş məşqçi məsələsini dünya çempionatı başlamazdan əvvəl həll etmək istəyir.
“The Independent”in məlumatına əsasən, Alonso “Çelsi”nin heyətinin onun futbol fəlsəfəsinə böyük ölçüdə uyğun hesab edir . Bununla belə, o, London klubunda məşqçilərin tez-tez dəyişməsi səbəbindən təyinatla bağlı müəyyən tərəddüdlər yaşayır. 44 yaşlı çalışdırıcı rəhbərlikdən ideyalarını həyata keçirmək üçün ona tam imkan yaradılacağına dair zəmanət istəyib. Alonso əmin olmaq istəyir ki, onun əvvəlki iş yerlərindən biri olan Real Madriddə yaşadığı, bəzi futbolçuların həddindən artıq təsiri ilə bağlı problemlər təkrarlanmayacaq.
Mənbə yazır ki, klub rəhbərliyi bu narahatlıqlara cavab olaraq cari mövsümdə Entso Mareska və Liam Rosenyorla yolların ayrılmasının xüsusi hallarla bağlı olduğunu bildirib.
London klubu onunla yanaşı, Andoni İraola, Oliver Qlasner və Marku Silva ilə də danışıqlar aparıb.
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR




































