Hadisə
Səbaildə bacı-qardaşın ölüm faktı ilə bağlı cinayət işi başlanıldı
Ötən gün Səbail rayonunda baş verən yanğında bacı-qardaşın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanvarın 23-ü Səbail rayonu, Badamdar qəsəbəsi, 25-ci Səbail küçəsində yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firidun Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.
Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı




































