Hadisə
Azərbaycanda saxta vəkil belə ifşa olundu
Bakıda saxta vəkil vəsiqəsi ilə Sabunçu rayon prokurorluğunun inzibati binasına gəlib özünə aidiyyəti olmayan məlumatı almağa nail olan şəxs məsuliyyətə cəlb olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən 1976-cı il təvəllüdlü Kənan Babayev (ad-soyad şərtidir) hüquq verən saxta vəsiqədən bilə-bilə istifadə etməkdə təqsirli bilinib.
O, tanışının şikayəti ilə bağlı aparılan araşdırma materialı üzrə qərarın nəticəsi barədə məlumat əldə etmək üçün bu yola əl atıb.
Kənanın əməlini isə prokurorluğun dəftərxanasında qalan pul qabısı ifşa edib. Belə ki, dəftərxana müdiri Vəkillər Kollegiyasına zəng edərək vəkilə məxsus pul qabının rayon prokurorluğunun inzibati binasında qaldığını bildirib. Təxminən bir saat sonra ona həmin ad və soyadda vəkilin sistemdə qeydiyyatda olmadığını deyilib. Səhəri gün
Vəkillər Kollegiyasının sədri Anar Bağırov rayon prokuroru Murad Dadaşova zəng edərək məsələ barədə danışıb və unudulmuş əşya və sənədlər rəsmi qaydada Vəkillər Kollegiyasına göndərilib.
Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxs 2 min manat məbləğində cərimə olunub.
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı











.jpg)

























