Region
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Ermənistan artıq cərimələr ölkəsinə çevrilir.
Publika.az xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti məlumat yayıb. Nəşr yazıb ki, Daxili işlər naziri Arpine Sarkisyanın əmri ilə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi gücləndirilmiş iş rejiminə keçib. Məlumata görə, bu gücləndirilmiş iş rejiminin bir hissəsi cərimələrlə bağlıdır. Belə ki, sürücülər əvvəlcədən xəbərdarlıq edilmədən və ya preventiv tədbirlər görülmədən saxlanılır, yaxud da dərhal cərimələnirlər: "Xüsusən də texniki baxışla bağlı, eləcə də digər yol hərəkəti qaydalarının pozulmasına görə belə sərt tədbirlərgörülür. Bir çox sürücü bu tədbirlərdən narazıdır. Onlar bu prosesin çox vaxt profilaktik tədbir və ya hansısa ilkin xəbərdarlıq kimi deyil, yalnız birbaşa cərimə tətbiq etməyə yönəlmiş bir gedişə çevrilməsindən narazıdırlar".
Məqalədə yazılıb ki, əvvəllər belə nəzarət və icra tədbirləri yalnız cəzalandırıcı deyil, həm də məlumatlandırıcı və profilaktik olurdu: "Lakin şikayət edən sürücülərin sözlərinə görə, patrul əməkdaşları müəyyən vaxtlarda və yerlərdə gizli müşahidə aparırlar. Bununla da əsas məqsəd sürücüləri nəyin bahasına olursa olsun cərimələmək olur. Bir sözlə, seçkiqabağı Ermənistanda sürücülər cərimə üçün sözün həqiqi mənasında "materiala", əsas hədəfə çevriliblər".
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı






















.jpg)



.jpg)











