Hadisə
Sosial şəbəkədə deputatları və icra başçılarını söydü, həbs olundu
"TikTok" sosial şəbəkəsində millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazan şəxs həbs olunub.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1988-ci ildə Göyçay rayonunda anadan olmuş T.S. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs "TikTok"da "TeymurSalahov023" istifadəçi adı ilə millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazıb.
Məhkəmənin hökmü ilə T.S. 10 gün inzibati həbs olunub.
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı





































