Hadisə
Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
Qusar rayonunda 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rayonun İmamqulukənd ərazisində baş verib.
Publika.az xəbər verir ki, kənd sakini Fəzail Əbiyevin cansız bədəni yaşadığı evin hamamında aşkarlanıb. Onun dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, mərhum ailənin yeganə oğlu idi.
"Onu çağırdım, amma cavab vermədi. Hamamın qapısını sındırıb içəri girdim. Gördüm ki, yerdə uzanıb. Çölə çıxarıb süni nəfəs verdim, amma xeyri olmadı. Qardaşım Birinci Qarabağ Müharibəsində şəhid olub. Oğluma onun adını qoymuşdum. 1994-cü il yanvarın 14-də şəhid olub", - mərhumun atası Fariz Əbiyev söyləyib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO











.jpg)









.jpg)

















