Hadisə
Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən tikilidə yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 25kv.m. olan metal və taxta konstruksiyadan ibarət ayaqqabı təmiri köşkündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən uşaq bağçasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində köşkün yanar konstruksiyaları və 4 ədəd ağac qismən yanıb.
Xəsarət alan olmayıb. Yaxınlıqda yerləşən uşaq bağçası və digər ağaclar yanğından mühafizə olunub.
-
Maraq dünyası13:08Daha bir ölkə məşhur fransız yeməyinə qadağa qoydu
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər




















.jpg)














