Hadisə
Çilingər hakimin ölümünə görə həbs edildi
Ötən ilin yanvar ayında Qax rayonunun Qaxbaş kəndində yerli məhkəmənin hakimi Taleh Kərimovun vəfatı faktı üzrə cinayət işi açılıb.
Publika.az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından zəhərlənərək dünyasını dəyişməsi səbəbindən "Azəriqaz" İB-nin Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nəzarətçisi işləyən çilingər C.Bayramov məsuliyyətə cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, onun xidməti ərazisində yerləşən və hakim T.Kərimovun kirayədə qaldığı mənzildə istilik sistemi (kombi) hamam otağında quraşdırılıb. Hadisədən bir qədər əvvəl çilingər evə baxış keçirsə də, kombinin hamamda olmasını qayda pozuntusu kimi sənədləşdirməyib.
Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. 66 yaşlı C.Bayramov ifadəsində qeyd edib ki, mənzilə mərhum hakimlə birlikdə baxış keçirib və həmin vaxt kombinin hamam otağında quraşdırılmasının qaydalara zidd olduğunu şifahi şəkildə bildirib.
Lakin o bu nöqsanı rəsmi aktla qeydə almayıb. Qax Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, çilingərə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun qoluna elektron qolbaq taxılıb və müəyyən hüquqlarına məhdudiyyət qoyulub.
Fotoda Taleh Kərimov

-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
ABŞ11:35Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr
-
Hadisə11:20Bakı İstintaq Təcridxanasının keçmiş rəisi vəfat etdi
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar































