Hadisə
Kartdan oğurladığı pullarla nəmər yazdırdı
Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1400 manat pul vəsaitinin oğurlanması barədə polisə müraciət daxil olub.
Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs tanışı ilə birlikdə toyda olarkən bank kartından pul çıxarması üçün onu saxlanılan şəxsə təqdim edib.
Nəticədə Ə.Qasımzadə kartda olan vəsaitin hamısını nağdlaşdırıb. O, oğurladığı pulla toyda kart sahibinin və özünün yerinə pul da yazdırıb.
Araşdırma davam etdirilir.
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
ABŞ11:35Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr
-
Hadisə11:20Bakı İstintaq Təcridxanasının keçmiş rəisi vəfat etdi
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar































