Hadisə
Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
Martın 2-də saat 16:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Xankəndi-Şuşa yolundan çağırış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü şəxs (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentə kəllədaxili travma, döş qəfəsinin əzilməsi, körpücük sümüyünün sınığı, qamış sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilib. Pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün digər tibb müəssisəsinə təxliyə olunub", - məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə nəticəsində təcili tibbi yardım tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Laçın-Şuşa yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, ötən gün qeydə alınan qəza zamanı 1996-cı il təvəllüdlü Tərtər rayonu Təzəkənd kənd sakini gizir Quluzadə Vüsal Ədalət oğlu həyatını itirib.
Hərəkət edən avtomobilin maneəyə çırpılaraq aşdığı bildirilir.
Məlumata görə, avtomobildə olan daha iki nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Fotoda Vüsal Quluzadə



-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...


















_(1).jpg)














.jpg)



