Hadisə
Bakıda 9 mərtəbəli yaşayış binasında yanğın baş verdi - Yeniləndi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 145 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Digər mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
***
Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.
Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
-
Sosial11:18Artıq 60 yaşdan yuxarı cütlüklər də boşanır - Azərbaycanda nə baş verir?
-
Hadisə11:10Hövsanda mağazanın tavanı çökdü, xəsarət alan var - VİDEO
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir









.jpg)




.jpg)


.jpg)
















