İdman
Qurban Berdıyev “Turan Tovuz”dan ayrılır?
Rusiya millisinin və CSKA-nın keçmiş hücumçusu Dmitri Kiriçenko “Turan Tovuz”un baş məşqçisi Qurban Berdıyev haqqında fikirlərini bildirib.
Kiriçenko Berdıyevin “Rostov”, “Soçi” və bir neçə başqa klubda məşqçilər heyətinin üzvü olub.
Publika.az xəbər verir ki, “Championat” nəşri Kiriçenkonun sözlərini sitat gətirib:
“Mənə verdiyi hər şeyə görə ona çox minnətdaram. Ən əsası istənilən vəziyyətdə maksimum sədaqətlə işləmək bacarığıdır. Vəziyyətdən asılı olmayaraq, mən bunu onda hər komandada görmüşəm”.
Kiriçenko həmçinin qeyd edib ki, Berdıyevin RPL-ə qayıtması tamamilə mümkündür, çünki o, müvafiq təkliflər alıb.
2024-cü ilin iyul ayından bəri Qurban Berdıyev “Turan Tovuz”da çalışır. Komanda ötən mövsüm üçüncü yeri tutsa da, danışılmış oyun qalmaqalına görə Avropa yarışlarından kənarlaşdırılıb.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
































