Hadisə
Avtomobil su kanalına aşdı - İki nəfər öldü
Bu gün, saat 09:00 radələrində Zərdab-Mollakənd avtomobil yolunun Əlvənd kəndi ərazisindən keçən 20-ci kilometrində Laçın rayon sakini Vəkil Abışovun idarə etdiyi "Hyundai" markalı avtomobil sərt döngədə idarəetmədən çıxaraq su kanalına aşıb.
Publika.az xəbər verir ki, qəza nəticəsində avtomobildə olan sərnişinlərdən Rasim Nəsibov və Paket Nəsibova hadisə yerində həyatlarını itirib.
Sürücü və digər üç sərnişin - Vidadi Nəsibov, Ramilə Nəsibova və Mütəllim Mütəllimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bir ailənin bayram sevincinə son qoyan sözügedən yol qəzasının ilkin təhlili bir daha deməyə əsas verir ki, sərt döngəli yollarda sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sürücülərin yorğun, yuxusuz, yaxud sükan arxasında diqqəti yayındıran hərəkətlərə aludə olması onların özlərinin, doğmalarının, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları sürət həddini gözləməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, avtomobilin texniki sazlığını səfərdən öncə, eləcə də səfər boyu nəzarətdə saxlamağa çağırır.
Bayram tətilinin xoş təəssüratlarla yadda qalması üçün yol hərəkəti iştirakçılarından məsuliyyətli olmağı və verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyi xahiş edirik.
-
Hadisə17:26Mənsur İbrahimli vəfat etdi
-
Digər17:09Dünya İran müharibəsinə görə nələri itirdi? - Dəhşətli statistika
-
Yaxın Şərq16:10Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır - Xamenei
-
Nida Xəbər 16:00Mehriban Əliyeva Fələstinə həsr olunan tədbirdə iştirak etdi - Fotolar
-
Magazin215:09Məşhur aktrisa öldü
-
Sosial14:00Halal turizm modeli: Azərbaycan bu bazara necə girə bilər?
-
Sağlamlıq13:00Şəkərli diabeti olanlar balqabaq yeyə bilərlər? - Həkimdən məsləhət
-
Hadisə12:35Təhsil naziri mübahisəli epizoda paylaşımı ilə eyham vurdu - Foto







































