Hadisə
Ağdamda minaya düşən şəxsdən xəbər var - Yeniləndi
Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə "Report"a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Xəstəxananın həkim travmatoloqu Hafiz Əliyev qeyd edib ki, minaya düşən şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:
"Ağdamın Yusifcanlı kəndi ərazisində baş verən mina partlaması hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs 26.03.2026 il tarixdə saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol aşağı ətrafın, baldırın 1/3-nə travmatik amputasiya diaqnozu təyin olunmuş pasiyentin müalicəsini davam etdirilməsi üçün o, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir".
xxx
14:21
Ağdamda bir nəfər minaya düşüb.
Publika.az xəbər verir ki, hadisə rayonun Yüsifcanlı kəndi ərazisində baş verib.
Yusifcanlı kənd sakini, 03.12.1985-ci il təvəllüdlü Ceyhun Firdovsi oğlu Abbasov minaya düşüb.
Hazırda ANAMA əməkdaşları minaya düşən şəxsin ərazidən çıxarılması üçün hadisə yerinə gedir.
Faktla bağlı araşdırma başlanıb.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
















.jpg)


.jpg)












