Hadisə
Bakı reysində "xəzinə" həyəcanı: Babasının yadigarını Azərbaycana gətirmək istədi, amma...
Yekaterinburqun "Koltsovo" hava limanında gömrükçülər Bakıya qədim samovar aparmaq istəyən şəxsi saxlayıblar.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, "yaşıl dəhliz"lə keçməyə çalışan sərnişinin baqajına baxış zamanı 19-cu əsrə aid nadir əşya aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, misdən hazırlanmış bu samovar məşhur Şemarin qardaşlarının fabrikində, 100 ildən çox əvvəl istehsal olunub. Əşyanın üzərindəki çoxsaylı möhürlər (damğalar) onun yüksək tarixi və mədəni dəyərə malik olduğunu təsdiqləyir.
Samovarı Bakıya aparmaq istəyən kişi bunun ailə yadigarı olduğunu deyib. O bildirib ki, əşya illərdir əmisinin Çelyabinskdəki qarajında saxlanılıb və o, sadəcə babasından qalan bu mirası vətəninə aparmaq istəyib.
Qanunvericiliyə görə isə mədəni dəyər daşıyan əşyaların bəyan edilmədən ölkədən çıxarılması qadağandır.
Hazırda faktla bağlı inzibati iş açılıb, tarixi eksponat müsadirə olunub. Onu dövlətə təhvil verilməsi və ya cərimə müqabilində sahibinə qaytarılması məsələsi müzakirə edilir.
Adəm
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq















.jpg)


.jpg)












