Hadisə
Ağsuda qadın meyiti tapıldı - Həbs olunanlar var
Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər7 İyun 16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi












.jpg)






















