Hadisə
Güclü zəlzələləri proqnozlaşdırmaq üçün yeni üsul - Fəlakət qaçılmaz ola bilər
2011-ci ildə baş vermiş dağıdıcı Böyük Şərqi Yaponiya zəlzələsindən sonra seysmologiya sahəsi böyük irəliləyiş əldə edib: daha dəqiq müşahidə sistemləri və yer qabığının davranışına dair yeni modellər peyda olub. Lakin bu miqyasda bir fəlakəti öncədən proqnozlaşdırmağın mümkünlüyü sualı hələ də açıq qalır.
Publika.az "The Mainichi" portalına istinadla xəbər verir ki, yapon alimləri cavabın açarının əvvəllər əhəmiyyətsiz hesab edilən kiçik zəlzələlərdə ola biləcəyini müəyyən ediblər.
2025-ci ildə mütəxəssislər 2011-ci il fəlakətinin episentrindən şimalda yerləşən iki seysmik aktivlik klasterinə diqqət yetiriblər. Onlardan biri Sanriku sahillərində maqnitudası 6,9-a qədər olan zəlzələlər qrupu, digəri isə Aomori prefekturası sahillərində baş verən 7,5 maqnitudalı hadisə idi. Bu proseslər yer qabığında gərginliyin toplandığına işarə edə bilən daha kiçik təkanlar silsiləsi ilə müşayiət olunub.
Tohoku Universitetinin professoru Ryota Hinonun sözlərinə görə, bənzər ardıcıllıqlar əvvəllər də müşahidə edilib:
"Maqnitudası 6 bal yaxınlığında olan zəlzələ klasterləri tədricən ocaq sahəsini genişləndirir ki, bu da sonda böyük bir hadisəyə səbəb ola bilər".
Analoji mənzərə 1968, 1994 və 2011-ci il zəlzələlərindən əvvəl də qeydə alınıb.
"Zəlzələlərin təbiəti haqqında müasir təsəvvürlər də dəyişib. Əgər əvvəllər alimlər gərginliyin toplandığı qırılmanın sabit hissələri — "asperit modeli"nə əsaslanırdılarsa, indi tektonik plitələrin sərhədi çoxlu sayda belə zonaların mozaikası kimi nəzərdən keçirilir. Onlardan biri dağıldıqda orta güclü zəlzələ baş verir, lakin eyni anda bir neçəsi dağıldıqda fəlakət qaçılmaz ola bilər.
Böyük hadisələrin əsas xəbərçilərindən biri plitələrin yavaş yerdəyişməsi və ya "slow slip events" hesab olunur. Bu, demək olar ki, hiss edilməyən hərəkətlər güclü zəlzələdən əvvəl yayıla bilər. "Seysmik aktivlik yavaş sürüşmə zonası ilə sinxron şəkildə genişlənir — bunlar eyni prosesin iki tərəfidir", — deyə Hino qeyd edib.
Buna baxmayaraq, hətta müasir texnologiyalar belə hələlik dəqiq proqnoza zəmanət vermir.
"Biz monitorinqi əhəmiyyətli dərəcədə təkmilləşdirmişik, lakin 2011-ci il fəlakətindən əvvəl baş verən bütün prosesləri qeydə almağa qadir olduğumuza əmin deyilik", — deyə alim vurğulayıb.
Qırılmanın eyni nöqtəsində meydana gələn çox zəif təkanlar silsiləsi — "təkrarlanan zəlzələlər" xüsusi maraq doğurur.
Tokio Universitetinin professoru Naoki Uçidanın izah edib ki, əgər belə mikro-hadisələr daha tez-tez baş verməyə başlayırsa, bu, plitələrin hərəkətinin sürətlənməsi və böyük zəlzələ riskinin artması demək ola bilər. Yapon alimləri artıq bu siqnalları real vaxt rejimində izləməyə imkan verəcək sistem üzərində işləyirlər. Mütəxəssislərin fikrincə, ölkədəki sıx seysmik stansiyalar şəbəkəsi artıq ən zəif təkanları belə qeydə almağa qadirdir.
Hüseyn İbadlı
-
Art01:11Kənan MM: "Mən Azərbaycanın ən kasıb rejissoruyam" - VİDEO
-
Magazin128 Mart 23:48"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin"
-
Magazin228 Mart 23:24Məşhur model "OnlyFans"dan ayrılıb xristianlığı qəbul etdi - FOTO
-
Hadisə28 Mart 20:48Kəlbəcərdən üzücü xəbər - Ölənlər var
-
Yaxın Şərq28 Mart 20:36Bu ölkə İran PUA-larını ələ keçirdi
-
Magazin128 Mart 20:00Tolik qızının 1 yaşını qeyd etdi - Video
-
Avropa28 Mart 19:00Əsrin soyğunu: Avropada 12 ton şokolad batonu oğurlandı
-
MDB28 Mart 18:24Güclü daşqınlar Dağıstanda həyatı iflic etdi




































