Hadisə
Pələng və balaları 4 qadını parçaladı: 7-ci ölüm hadisəsi
Hindistanın Maharashtra ştatında baş verən dəhşətli hadisə nəticəsində dörd qadın pələng hücumu zamanı həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə “The Indian Express” nəşri məlumat yayıb.
Hadisə Çandrapur rayonunda qeydə alınıb. Meşə ərazisinə yaxın kənddə yaşayan 13 qadından ibarət qrup yarpaq toplamaq üçün meşəyə daxil olub. Bu zaman onlara pələng və onun balaları hücum edib.
Nəticədə dörd qadın yerindəcə ölüb, digər doqquz qadın isə qaçaraq xilas ola bilib.
Məlumata əsasən, həmin ərazidə bir ana pələng və üç baladan ibarət heyvan ailəsi aşkarlanıb. Meşə rəsmiləri kənd sakinlərini müvəqqəti olaraq meşəyə daxil olmamağa çağırıb.
“Biz kəndə bitişik meşə sahəsində bir pələng və üç balasından ibarət ailə müəyyən etdik. Əhaliyə təhlükə aradan qalxana qədər meşəyə girməmək xəbərdarlığı edilib”, - meşə nəzarətçisi bildirib.
Hadisədən sonra hər bir həlak olan qadının ailəsinə 25 min rupi (450) məbləğində kompensasiya ayrılıb. Ərazidə təhlükəsizliyin təmin olunması üçün meşədə və onun ətrafında 30 fototələ və 3 müşahidə kamerası quraşdırılıb.
Qeyd edək ki, bu il Çandrapur rayonunda pələng hücumu nəticəsində ölüm hallarının sayı artıq yeddiyə çatıb. Səlahiyyətlilər kənd sakinlərini növbəti xəbərdarlığa qədər meşəyə girməməyə çağırır.
Adəm
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















