Sosial
Şokolad təhlükədə: Qəhətə çıxacaq, o qədər bahalaşacaq ki...
İqlim dəyişiklikləri kakao istehsalına ciddi təhlükə yaradır.
Publika.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, təkcə quraqlıq deyil, həddindən artıq yağıntılar da kakao məhsuldarlığına mənfi təsir göstərə bilər.
Araşdırma Harvard Universiteti və Qana Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.
Məlumata görə, Qanada kakao məhsulunun illik dəyişkənliyinin təxminən üçdə ikisi iki əsas amillə bağlıdır: yağışlı mövsümdə güclü yağıntılar və quraq mövsümdə su çatışmazlığı.
Xüsusilə aprel-iyun aylarında yağan güclü yağışlar təhlükəlidir. Bu dövrdə kakao ağacları çiçəkləyir və yeni meyvələr formalaşmağa başlayır. Həddindən artıq rütubət isə göbələk xəstəliklərinin yayılmasına şərait yaradır.
Alimlər Qanada iki onillik ərzində kakao istehsalı və hava şəraiti ilə bağlı məlumatları müqayisə ediblər. Oxşar nəticələr Ekvador və İndoneziyada da müşahidə olunub.
Tədqiqatçılar hesab edirlər ki, hava şəraitinin əvvəlcədən proqnozlaşdırılması fermerlərə məhsulu qorumaq üçün vaxtında tədbir görməyə imkan verə bilər. Bunun üçün ağacların üzərində bitki örtüyünün artırılması və torpaqda tökülmüş yarpaqların saxlanılması kimi üsullar nəzərdən keçirilir.
Problemin iqtisadi tərəfi də diqqət çəkir. 2024-cü ildə kakao xammalının qiyməti üç dəfə artıb və bu, şokoladın bahalaşmasına, qablaşdırmaların kiçilməsinə və bəzi məhsulların tərkibinin dəyişməsinə səbəb olub.
Müəllif: Adəm
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






.jpg)











.jpg)


















