Hadisə
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə qarşı cinayət işi açıldı
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi açılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Məmməd Musayevə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində tanınıb.
Məlumata əsasən, cinayət işi “Aqrarkredit” QSC (Bank Olmayan Kredit Təşkilatı) vasitəsilə ayrılmış kreditlərlə bağlı aparılan araşdırma ilə əlaqədardır. İstintaq çərçivəsində bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə ayrıldığı bildirilən kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması ilə bağlı hallar araşdırılır.
Qeyd edək ki, Məmməd Musayev uzun müddət “Aqrarkredit” QSC-yə rəhbərlik edib. O, 2001-ci ildən 2025-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışıb.
Səhmləri tamamilə dövlətə məxsus olan “Aqrarkredit” QSC-nin əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlıq subyektlərinin, o cümlədən regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və kreditləşdirilməsidir.
Məmməd Musayev hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti vəzifəsində fəaliyyət göstərir.
Bundan əvvəl onun öz hesabına məzuniyyətə çıxdığı və iş başında olmadığı barədə məlumat yayılmışdı.
Azərbaycan Sahibkarlar Konfederasiyasından Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Məmməd Musayev gündəlik iş rejimində fəaliyyətini davam etdirir.
Konfederasiyadan əlavə edilib ki, qurum öz mandatına uyğun olaraq dövlət və özəl sektorla sıx əməkdaşlığını davam etdirir.
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR






































