Hadisə
Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
Zərdabda nənə və nəvə dəm qazından zəhərlənib.
Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Nəticədə 94 yaşlı G. Ağalarova hadisə yerində dünyasını dəyişib, nəvəsi R. Ağalarov xəstəxanaya çatdırılıb.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, 25.05.2026-cı il tarixində saat 10:30 radələrində zəhərlənmə şübhəsilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
“Dəm qazının toksiki təsirindən zəhərlənmə diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir”.
Faktla bağlı araşdırma aparılır.


-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















