Hadisə
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən həbs olundu - Video/Yeniləndi
Səbail Rayon Məhkəməsi bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər edən Şamxal Nəcəfov barəsində qərar verib.
Publika.az xəbər verir ki, qərara əsasən, Şamxal barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndərilib.
xxx
12:58
Mayın 22-də Dənizkənarı Milli Parkda gimnastika məşqçisi N.Kərimovaya qarşı edilmiş cinayət əməlinin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, görüntülərdən 47 yaşlı Şamxal Nəcəfovun bulvarda hərəkətdə olarkən məhəccərin qarşısında dayanmış gənc qıza fiziki olaraq əxlaqsız hərəkətlər etdiyi aydın görünür.
Bu zaman onlar arasında insident baş verir və yaxınlıqdan keçən gənc oğlan N.Kərimovaya yardım edir. Belə ki, o, Şamxal Nəcəfovun fikrini yayındırır. Nəticədə Ş.Nəcəfov bıçaq çıxararaq ona hücum etsə də, həmin gənclə N.Kərimova qaçaraq ərazidən uzaqlaşırlar.
Qeyd edək ki, polisin keçirdiyi tədbirlərlə Ş.Nəcəfov saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.
Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:(“Qafqazinfo”)
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”





































