Hadisə
Arvadının əmisi evinə basqın etdi: Qadının boğazına bıçaq dirədi, sonra özünü eyvandan atdı - TƏFƏRRÜAT
Abşeron rayonunda 1982-ci il təvəllüdlü Eldar və tanışı evə basqın etməkdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Fatmayı kəndində baş verib.
Eldar qeyri-rəsmi ər-arvad münasibətində olduğu Samirənin atası Elşənin obyekti sataraq pulunu qardaşı Elmirin evində saxladığını bilib.
O, 1974-cü il təvəllüdlü tanışı Alimlə (adlar şərti verilib – red.) birlikdə Elmirin evinə basqın etməyi, həmin pulu aparmağı planlaşdırıb.
Onlar əlcək və maska geyiniblər, nərdivanla evin ikinci mərtəbəsindəki eyvana, sonra isə evdə 31 min manat məbləğində pulu ələ keçirmək üçün pəncərədən evə giriblər.
Eldar Eminin qonaq otağında divanda yatmış və səsə oyanaraq qışqırmaq istəyən arvadı Rozaya bıçaqla hücum edib, əli ilə ağzını tutaraq ona xəsarət yetiriblər. Səs-küyə evdəkilər oyandıqda onlar evi tərk ediblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Eldar özünü qismən təqsirli bilib, ifadəsində göstərib ki, Elmiri təxminən 4 ildir tanıyır: “Elmirin qardaşı qızı olan Samirə ilə 2020-ci ildən qeyri-rəsmi münasibətim var və birlikdə yaşayırıq. Samirə uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkir, müalicəsinə xərc lazımdır. Buna görə təxminən 2023-cü ilin sonlarında Samirənin atası Elşənə məxsus olan və Binəqədi rayonu ərazisində yerləşən obyekt satıldı.
Amma həmin obyektin satışından əldə edilmiş 40000 manat puldan Samirəyə verilmədi. Samirənin əmisi Elmir həmin pulu saxlamaq üşün qardaşı Elşəndən aldı. Elşən insult keçirmiş xəstə adam olduğundan Elmir bunu fürsət bilərək pulu ələ keçirdi. Həmin puldan Samirəyə təxminən 500-600 manat verildi. Bu isə mənə pis təsir etdi, Samirənin haqqı olan pulu geri almaq qərarına gəldim.
Bu fikrini uzaq qohumum Alimə danışdım, birlikdə qərarlaşdırdıq ki, evə daxil olub, pulları oğurlayaq. Əldə edilmiş pulun yarısını Alimə verməli idim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, axşam saatlarında Xırdalan şəhəri ərazisində Alimlə görüşüb: “Birlikdə Elmirin evi olan Fatmayı kəndi ərazisinə getməyi qərarlaşdırdıq. 592 nömrəli avtobusla Fatmayı kəndinə gəldik. İki fərqli kafedə spirtli içki qəbul etdik, gecənin düşməsini gözlədik.
Saat 23:45-də Elmirə məxsus evin arxa küçəsində gözlədik. Təxminən saat yarım keçəndən sonra qonşuların yatdığına əmin olduq. Elmir və ailəsinin başqa yerə getdiklərini düşündüyümüz üçün onların evdə olduğunu bilmədik. İki həyətin hasarından keçdik, bundan əvvəlsə küçədə özümüzlə gətirdiyimiz əlcək və maskaları geyindik”.
Eldarın sözlərinə görə, həyətdə olan nərdivanla evin ikinci mərtəbəsindəki eyvana, daha sonra eyvandakı pəncərədən evə daxil olublar: “Pəncərədə yalnız tor olduğundan rahatlıqla onu çıxardıq. Evə ilk öncə mən, sonra Alim girdi. Elmirin arvadının evdə olduğunu və qışqırmaq istədiyini gördük. Onun ağzını əlimlə tutdum. Buna baxmayaraq artıq səs-küy qalxmışdı.
Bir qədər sonra balaca uşaq gəldi, bizi görərək qışqırmağa başladı.Dərhal evə daxil olduğumuz yerdən, yəni pəncərədən qaçdıq. Alim nərdivanla düşsə də, mən birbaşa eyvandan özümü tulladım. Manqalın üzərinə düşməyim nəticəsində ayaq nahiyəmdən xəsarət aldım. Hər ikimiz hasarı eyni qaydada tullanaraq oradan qaçdıq”.
Təqsirləndirilən şəxs deyib ki, Fatmayı kəndinin içərisində bir neçə küçədə və yarımtikilidə gözləyiblər: “Alim səhər saatlarında gedərək küçədən taksi gətirdi. Bundan sonra taksi ilə evə gəldim. Samirə bədənimdə olan xəsarətlər barədə soruşdu. Zabrat qəsəbəsində yıxıldığımı və Alimin məni oradan gətirdiyini bildirdim. Hadisədən bir müddət sonra polis əməkdaşları mənə yaxınlaşaraq izahat verməli olduğumu bildirdi. Mən də polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gəldim”.
İş üzrə digər təqsirləndirilən Alim də elan olunmuş ittihamda özünü qismən təqsirli bilib və Eldarın ifadəsinə uyğun olanları danışıb.
Zərərçəkmiş Rozanın sözlərinə görə, hadisə vaxtı divanda yatıbmış: “İşıq yanırdı, televizor işləyirdi. Birdən kiminsə əli ilə ağzımın tutduğunu gördüm. Məni divanda otuzdurdu və qulağıma “səsini çıxartma” dedi. Nəfəsim kəsilməsin deyə başımı sağa-sola çevirdim. Çalışdım ki, səs çıxarım, yoldaşım yuxudan oyansın. Həmin adamda bıçaq vardı. O, bıçağı boğazıma dirədi. Yanında başqa biri də dayanmışdıp. Mənim səs çıxardığımı görərək qolumdan tutdu və məni koridora tərəf apardı. Mənsə qapıdan tutdum. Nəvəm ayağa qalxıb qışqırdı, gələnlər qaçdılar”.
Zərərçəkmiş bildirib ki, evin içərisində kamera olmayıb: “Samirə qaynımın qızıdır. Mən qayınımgilə gedib-gəlməmişəm. Qaynımın nəyi, haranı satdığını bilməmişəm, maraqlanmamışam. Qaynım Elşən özü xəstədir, pulu yoldaşıma verib ki, saxlasın. Mən Samirənin xəstə olub-olmadığnı bilmirəm. Qaynım o pulu bizə verib ki, saxlayaq, yoxsa qızıgil xərcləyəcəkdi”.
İşə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkmələri müəyyən edilib.
Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Sumqayıt Apellyasiya Məhkəməsinin onların şikayətlərini təmin etməyib.
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı







.jpg)




.jpg)


























