Hadisə
Azərbaycanlı merə hücum edildi - Vəziyyəti ağırdır
Ukraynanın Dnepropetrovsk vilayətinin Piatixatki şəhərinin azərbaycanlı meri, 61 yaşlı Hilal İsayev bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.
Publika.az Qaynarinfo-ya istinadla xəbər verir ki, viayət polisi ötən gün in10:40 radələrində naməlum şəxs məmura hücum edərək, ona bıçaqla xəsarət yetirdiyini bildirib.
Hilal İsayevi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. İlkin məlumata görə, o, döş qəfəsindən yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.
Müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi və 115-ci maddəsinin 1-ci hissəsi üzrə - qəsdən adam öldürməyə cəhd faktı ilə cinayət işi açıblar.
"Suspilne Dnipro” nəşrinin Batkivşina Partiyasının vilayət təşkilatının informasiya-analitik şöbəsinin rəhbəri Vladimir Fedorova istinadən yaydığı məlumata görə, hücum edən şəxs İsayevin qəbul otağına gəlib. Tərəflər arasında mübahisə yaranıb və bundan sonra o, merə bıçaqla zərbə endirib.
"Bu şəxs vilayət şurasının deputatı olub. O, bizim ən güclü fəallarımızdan biridir. Şəhər üçün çox iş görüb və ümid edirəm ki, bundan sonra da belə olacaq. Hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumatım yoxdur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hücum edən isə tanınmış fermerdir. Orada ümumiyyətlə anlaşılmaz vəziyyət yaranıb”, deyə Fedorov bildirib.
Hücum edən şəxsin fermer olduğunu vilayət prokurorluğu da təsdiqləyib. Qurumun mətbuat xidmətinin məlumatına görə, münaqişə meriyanın binası yaxınlığında baş verib.
Hilal İsayev Azərbaycanın Lerik rayonunun Livədirqə kəndində anadan olub və Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina Prtiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib. 2019-cu ildə həmin partiyadan Ali Radanın IX çağırışına namizədliyini irəli sürsə də, seçilə bilməyib.
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”





































