Hadisə
Qayınatasının öldürdüyü xanımın SON PAYLAŞIMI - "Ataları cənnətdən..." - VİDEO
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinir. Hadisəni törətməkdə şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bildirilir ki, Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, həyatını itirən Gülüzar Məmmədova isə şəhidin həyat yoldaşı olub. Mərhumun iki övladı qalıb.
Qeyd olunur ki, hadisədən bir neçə saat əvvəl Gülüzar Məmmədova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə övladları ilə bağlı duyğusal paylaşım edib. O, paylaşımında şəhid həyat yoldaşına müraciət edərək, uşaqlarının atasının ruhən hər zaman onların yanında olduğunu vurğulayıb və övladlarına xoş arzularını çatdırıb:
“Ataları cənnətdən hədiyyə göndərib balalarıma. Sizə də, atanıza qurban olum. Atanız cismən yanınızda olmasa da, ruhən hər zaman yanınızdadır, sizi görür. Rəbbim sizi yüksək zirvələrdə görməyi nəsib etsin. Atanızın adına layiq, onun kimi qeyrətli övladlar olasınız. Qəlbinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın. Bayramınız mübarək”.(savashmedia.az)
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

































