Hadisə
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən qaçırıldığı bildirilir.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cavadlının vəkili, britaniyalı hüquqşünas Devid Heyq bildirib ki, müvəkkili və uşaqları ilə əlaqə tamamilə kəsilib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub.
Heyq sonuncu dəfə Zeynəb Cavadlı ilə bir gün əvvəl danışdığını, daha sonra isə bütün rabitənin dayandığını qeyd edib. Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Cavadlının evinə gələrək onu və üç qızını aparıblar.
Məlumata görə, Cavadlının anası da qızına dəstək olmaq üçün Dubaya gedib. Lakin o, evin bağlı olduğunu görüb və ölkədən çıxışına icazə verilmədiyini bildirib.
Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsini tələb edib. Qərarda zərurət yaranacağı təqdirdə bunun məcburi qaydada icra oluna biləcəyi qeyd olunub.
Keçmiş azərbaycanlı milli gimnast olan Zeynəb Cavadlı daha əvvəl yayımladığı videomüraciətdə uşaqlarının əlindən alınacağından ehtiyat etdiyini bildirmişdi. O, məhkəmə qərarları səbəbindən evinə basqın ediləcəyi və uşaqlarının zorla aparılacağı barədə xəbərdarlıq aldığını iddia etmişdi.
Devid Heyq bildirib ki, məsələ ilə bağlı BMT çərçivəsində hüquqi prosedurlar başladılıb və beynəlxalq təşkilatlar vəziyyətə müdaxilə etməyə çağırılıb.
Dubay polisi və Şeyx Səidin hüquqi nümayəndələri tərəfindən iddialarla bağlı rəsmi açıqlama verilməyib.
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video












.png)
























