Hadisə
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı artdı
Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alan daha bir nəfər - gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır.
Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.
Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatları məlum olub.
Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib.
Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub. (APA)
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
































