Hadisə
Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
Gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişikliyi edərkən pilotsuz uçuş aparatı (PUA) ilə ilk zərbə endirilib.
Publika.az İTV-yə istinadla xəbər verir ki, bu barədə dron hücumu edilən gəmidən sağ çıxan azərbaycanlı danışıb.
“Gəmimiz hücuma məruz qaldı. Dron vasitəsilə ilk zərbə gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişərkən vuruldu. Biz nə qədər kömək etməyə çalışsaq da, buna nail ola bilmədik”, – deyə o bildirib.
Onun sözlərinə görə, bundan sonra gəminin mühərrik hissəsinə ardıcıl olaraq daha üç zərbə endirilib.
“Ardınca üç dəfə də gəminin mühərrik hissəsinə zərbə vuruldu. Onları heç cür xilas edə bilmədik. Orada qaldılar”, – hadisə şahidi qeyd edib.
Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində azərbaycanlıların olduğu xarici gəmiyə dron hücumu olub. Hadisə zamanı 5 nəfər Azərbaycan vətəndaşı həyatını itirib.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO





































