Hadisə
Azov faciəsinin şahidi olan kapitandan şok təfərrüat - Video
Heyət üzvlərinin əksəriyyəti Azərbaycan vətəndaşlarından ibarət olan "Vasili Tatişev" gəmisinin kapitanı Əmir Rzayev Azov dənizindəki son hücumlar və dənizçilərin üzləşdiyi təhlükəli vəziyyət barədə ətraflı məlumat verib.
Publika.az İTV-yə istinadən xəbər verir ki, kapitanın sözlərinə görə, vurulan "Natra" və "Zirkon" gəmiləri Berdyansk və ya Mariupol limanlarına yox, Rostov limanına buğda daşımaq üçün hərəkət edirmiş:
"Bu gəmilər ümumiyyətlə qeyd olunan limanlara girməyiblər, çünki həmin yerlər həm tanınmamış ərazilərdir, həm də yararsız vəziyyətdədir. Sadəcə, dəniz yolu həmin ərazilərin yaxınlığından keçərək Taqanroq körfəzinə daxil olur. Gecə saat bir radələrində dron hücumları məhz o ərazidə baş verib".
Ə.Rzayevin sözlərinə görə, dron zərbələri birbaşa gəmilərin yaşayış bölmələrinə - kapitan və baş mexanik otaqlarına endirilib: "İlk zərbə kapitanın, ikinci zərbə isə baş mexanikin otağına vurulub. Heyət arasında qorxu yaşayanlar dənizə atılıblar. Çox təəssüf ki, həlak olanlar arasında kapitan və baş mexanik də var. Onların arasında mənim qrup yoldaşım da olub".
Kapitan vurğulayıb ki, son dövrlər bölgədə təhlükəsizlik riskləri artsa da, dron hücumları adətən hərbi obyektlərə və ya Rusiya bayrağı altında üzən tankerlərə olurdu: "Quru yük gəmilərinə, xüsusən də başqa bayraq altında üzən ticarət gəmilərinə hücum edilməsi bizi təəccübləndirdi və dəhşətə gətirdi".
O, sosial şəbəkələrdə gəmilərin qadağan olunmuş limanlara girməsi ilə bağlı yayılan yanlış məlumatlara da aydınlıq gətirib və bildirib ki, dənizçilər yalnız beynəlxalq qaydalara uyğun marşrutlarla hərəkət edirlər.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib. Nəticədə beş nəfər həlak olub.
-
Region16:09Fransanın Ermənistandakı səfirliyi zəhərlənən qonaqlardan üzr istədi
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə





































