Hadisə
Səbaildə taktiki-xüsusi təlim keçirildi - Foto(VİDEO)
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı şəhərinin Səbail rayonunda yerləşən Şıx çimərliyində “Su hövzələrində dalğıc-axtarış və xilasetmə işinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in müvafiq strukturlarının əməkdaşlarının iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi olub.
Təlim zamanı “Şıx” Sularda Xilasetmə Məntəqəsindən 800 metr sağa dənizdə gəzinti qayığının “qəzaya uğraması” nəticəsində 3 nəfərin “təhlükəli vəziyyətdə qalması” və 1 nəfərin suya düşərək “batması” barədə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Növbətçi hissəsinə daxil olmuş məlumat əsasında Xidmətin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilərin çevik müdaxiləsi sayəsində qayığın “qəzaya uğraması” nəticəsində “batma təhlükəsində olan” vətəndaşlar xilas edilib, “suda batmış” 1 nəfərin “cəsədi” tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)






























