Hadisə
"Aqroservis"in əməkdaşı həbs edildi
Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəndalı Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Qənbərov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə ötən il iyunun 25-də Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib. Rayon sakini Bəndalı Qurbanov KIA markalı avtomobillə qarşıda gedən "Opel" markalı avtomobili ötmək istəyərkən idarəetməni itirib və həmin avtomobillə yanaşı "Mercedes-Benz" markalı maşınla da toqquşub. Hadisə nəticəsində KIA-nın sərnişini Elçin Süleymanov, "Mercedes-Benz"də olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun Qurbanov və 1991-ci il təvəllüdlü Nicat Qurbanov həlak olublar. Hadisə nəticəsində xəsarətlər alan B.Qənbərov xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, qəzada təqsirləndirilən B.Qənbərov "Aqroservis" ASC-nin Füzuli rayon şöbəsinin əməkdaşı olub.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO




































