Hadisə
Lənkərandan üzücü xəbər: ölən var - FOTO
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Lənkəran rayonunun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi "VAZ-2106" markalı, 42 CD 389 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı kanala düşərək ağaca çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, sürücünün qəzadan əvvəl ürəktutma keçirməsi ehtimal olunur. Bu səbəbdən yol-nəqliyyat hadisəsinin qaçılmaz olduğu bildirilir. Ölümün dəqiq səbəbi və hadisənin bütün təfərrüatları aparılan ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO




































