Hadisə
Arazda batan məktəblinin axtarışları üçün suyun səviyyəsi azaldıldı
İmişli rayonunda Araz çayında batan məktəblinin axtarışları davam edir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin daha səmərəli aparılması məqsədilə Bəhrəmtəpə Hidroqovşağından Araz çayı yatağına buraxılan suyun səviyyəsi azaldılıb.
Məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Turan Mirağa oğlu Mirişli Araz çayına düşərək boğulub.
Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları əraziyə cəlb olunub.
Hazırda Mirişli Turan Mirağa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə intensiv axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. Axtarışların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz12 Avqust 16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12 Avqust 12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12 Avqust 12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı































