Hadisə
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur - Yaxınları danışdılar
İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Qismət Nadir oğlu Əliyevdən hələ də xəbər yoxdur.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Diyallı kənd sakini olan Qismət Əliyev Türkiyədən Rusiyaya doğru hərəkət edən, "Cunda" şirkətinə məxsus "Zirkon" yük gəmisində baş mexanik vəzifəsində çalışıb.
Hadisədən sonra ailəyə gəminin vurulduğu barədə məlumat verilib. Bildirilib ki, axtarış-xilasetmə işlərinə xüsusi heyət cəlb olunsa da, artıq bir neçə gündür ailə üzvləri onun taleyi ilə bağlı dəqiq məlumat ala bilmirlər.
Qismət Əliyevin yaxınları ondan gələcək hər hansı xəbəri böyük narahatlıqla gözlədiklərini bildiriblər.
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































