Hadisə
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu
Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Belə ki, Mingəçevir şəhər sakini İlyas Hüseynov “Ford” markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən olunub. Məhkəmənin qərarı ilə İ.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
























.jpg)










