Hadisə
Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
Ağcabədi rayonunda itkin düşərək naməlum istiqamətə gedən iki yeniyetmənin tapılması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
"Keçirilən tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən edilib və onlar aidiyyəti üzrə təhvil veriliblər. Onların itkin düşməsi ilə bağlı hər hansı kriminal hal müəyyən olunmayıb", - deyə məlumatda qeyd olunub.
xxx
11:12
Ağcabədi rayonunda iki əmioğlu evdən çıxıb geri qayıtmayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Hüsülü kənd sakinləri olan əmioğlular - Anar Məmmədov və Kamal Məhərrəmli iyunun 22-də evdən çıxıblar.
Onların 16 yaşı olduğu deyilir.
Ailə hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verib. Araşdırma aparılır.
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
























.jpg)










