Hadisə
Kitabxanaya silahlı hücum: 2 ölü, 1 yaralı
ABŞ-ın Kaliforniya ştatının Çiko şəhərində kitabxanada baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Hadisə yerli vaxtla saat 17:00 radələrində Butte dairəsinin kitabxana filialında qeydə alınıb. Polisə edilən zəng zamanı dispetçerlər atəş səsləri və kömək çağırışlarını eşidiblər.
Çiko polis idarəsinin rəisi Billi Oldric bildirib ki, hadisəni törədən şəxs kitabxananın arxa qapısından qaçmağa çalışsa da, hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Hadisə yerinə polis əməkdaşları ilə yanaşı FTB agentləri, yanğınsöndürənlər cəlb olunub. Hücumda həlak olanların kimliyi hələ açıqlanmayıb. Yaralanan azyaşlının xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin yüngül olduğu bildirilir.
Rəsmilər hazırda əhali üçün əlavə təhlükənin olmadığını açıqlayıb. Hadisə ilə bağlı istintaq bir neçə qurumun iştirakı ilə davam etdirilir. Kitabxananın ətrafı isə istintaq prosesi başa çatana qədər gücləndirilmiş nəzarət altında saxlanılıb.
Adəm
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
























.jpg)










