Hadisə
Kazana güclü leysan yağdı: küçələr su altında qaldı, çatdırılma robotları batdı
Tatarıstanın paytaxtı Kazanda iyunun 23-də yağan güclü leysan şəhərdə ciddi problemlərə səbəb olub.
Publika.az xəbər verir ki, bir neçə dəqiqə ərzində şəhərin mərkəzi hissəsi, o cümlədən Bauman, Dzerjinski və Puşkin küçələri, həmçinin Qələbə prospekti su altında qalıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə küçələrdə güclü axının gül dibçəklərini apardığı, çatdırılma robotlarının isə suda qaldığı əks olunub. Bəzi sakinlər robotları özləri çıxarmağa çalışıblar.
Ən ağır vəziyyət “Koltso” ticarət mərkəzi və Peterburq küçəsi ətrafında qeydə alınıb. Suyun səviyyəsi skamyalardan yuxarı qalxıb, insanlar binaların girişlərində gözləməyə məcbur olublar.
Meriya bildirib ki, küçələrə təcili xidmət briqadaları göndərilib. Rəsmilərin sözlərinə görə, leysan zamanı yarpaq və tullantılar yağış-kanalizasiya sistemini tıxadığı üçün su tez çəkilmir.
Sinoptiklər isə yağış, ildırım və güclü küləyin gün ərzində davam edəcəyini açıqlayıblar.
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
























.jpg)










