Hadisə
Kürdəmirdə zəncirvari qəza oldu - Xəsarət alanlar var(FOTO)
Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər "VAZ-2106" markalı avtomobilə dəyib.
Qəza nəticəsində "VAZ-2106" markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında dayanan rayon sakinləri - 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Report)
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı

















.jpg)

.jpg)















.jpg)