Nida Xəbər
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - SİYAHISI
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, siyahıda torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.
Həmin əmlakların siyahısını təqdim edirik:
1. Torpaq sahələri və üzüm bağları:
- Novxanıda üzüm bağları;
- Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;
- Novxanıda 155 hektar torpaq sahəsi;
- Xınalıq kəndində 50 hektar torpaq sahəsi.
2. Ailə üzvlərinin adına olan torpaqlar:
- Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq;
- Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq.
3. Şirkətlər və media fəaliyyəti:
- “Digital Media” MMC - 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.
4. Daşınmaz əmlak və kommersiya obyektləri:
- İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır;
- Dilarə Əliyeva küçəsi, 251A ünvanındakı obyektlər;
- “Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri (MTK);
- NLT MMC və “Premium Store” MMC.
5. Digər şirkətlər və ticarət mərkəzləri:
- NLT;
- “Servis”;
- “Grand Palace”;
- “Astoriya”;
- “Astoriya Tibb Mərkəzi” MMC - 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir;
- “Qrandezza Ticarət Mərkəzi” MMC - 2014-cü ildə açılıb, sahəsi 5 min kvadratmetrdən çoxdur;
- “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar.
6. Bank və investisiya şirkətləri:
- “BTB” ASC - nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;
- “BTB Lizinq” ASC;
- “BTB Kapital İnvestisiya Şirkəti” ASC.
7. Nəşriyyat və yaşayış binaları:
- “Şərq-Qərb Nəşriyyat Evi” MMC;
- “Qlobal East West” MMC;
- Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqdakı digər 16 mərtəbəli bina.
8. Villalar və bağ evləri:
- Bakıda Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa - satış qiyməti 8 milyon dollar;
- Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.
-
Avropa11:00Ukrayna dondurulmuş Rusiya aktivlərindən 49,4 milyard dollar əldə etdi
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək









.jpg)



























.jpg)
